Rusiya bu halda nüvə silahından istifadə edəcək

Rusiya bu halda nüvə silahından istifadə edəcək
Dünya 06 Oktyabr 2023 22:09

Rusiya prezidenti Vladimir Putin, Rusiya dövlətinin varlığı təhlükə altında olarsa, nüvə silahından istifadə edəcəklərini ifadə edərək deyib: "Ağılı və yaddaşı yerində olan birinin Rusiyaya qarşı nüvə silahı istifadə etməyi düşünəcəyini düşünmürəm".

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırıb.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişelin Qarabağda baş verənlərlə bağlı “Rusiya erməni xalqına xəyanət etdi” sözlərini necə qiymətləndirdiyini soruşduqda, Putin məşhur deyimdən istifadə edib və Aİ-nin bu addımı atmaması lazım olduğunu vurğulayıb.

Seymur Bənnayev

Sitat.info