Azərbaycanda daha bir PARTLAYIŞ: xəsarət alanlar var

Azərbaycanda daha bir PARTLAYIŞ: xəsarət alanlar var
HADİSƏ 03 Aprel 2022 17:48

Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış olub.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, rayonun Ziyadlı kəndində qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində 1937-ci il təvəllüdlü S.Ağayeva və nəvəsi, 1993-cü il təvəllüdlü H.Ağayev müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.