Vaqner əsgərlərini daşıyan təyyarə partladı! 140 nəfər həyatını itirdi - VİDEO
Malidə Vaqner əsgərlərini daşıyan Sovet istehsalı olan təyyarənin uçuş zolağından sürüşməsi nəticəsində 140 nəfər həlak olub.
Qəzadan sonra alovlanan təyyarədə ölənlər arasında rus pilotun da olduğu bildirilib. Qəzanın təyyarənin yanacaq çənindəki nasazlığın səbəb ola biləcəyi bildirilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb. Malidəki Qao hava limanından Mali əsgərləri, Vaqner muzdluları və BMT-nin sabitləşdirmə missiyasının hərbi personalı istifadə edir. Məlumdur ki, təyyarə əvvəllər Vaqner Qrupuna məxsus olub və qəzadan təxminən bir həftə əvvəl Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Məğrur,
Sitat.info