Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
HADİSƏ 01 Aprel 2022 22:35

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report-un Muğan bürosunun məlumatına görə, hadisə Qarayar kəndində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması zamanı rayon sakinləri - 1985-ci il təvəllüdlü Rəşad Əlimusa oğlu Abdəliyev və 1972-ci il təvəllüdlü Nadir Adil oğlu Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.