Xaçmazda körpü dağıldı, maşın çaya düşdü

Xaçmazda körpü dağıldı, maşın çaya düşdü
HADİSƏ 15 Sentyabr 2023 09:47

Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

Sitat.info xəbər verir ki, ilkin ehtimala əsasən, hadisə nəticəsində VAZ-21011 markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.