Mehmet Şimşək: Dünya Bankının güclü öhdəliyini yüksək qiymətləndiririk

Mehmet Şimşək: Dünya Bankının güclü öhdəliyini yüksək qiymətləndiririk
Dünya 08 Sentyabr 2023 20:59

Dünya Bankından Türkiyəyə ayrılan 35 milyard dollarlıq maliyyə dəstəyi ilə bağlı Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək: "Dünya Bankının Türkiyənin iqtisadi inkişafı üçün əvəzolunmaz tərəfdaşlığını və güclü öhdəliyini yüksək qiymətləndiririk”, - deyib.

Sitat.info xəbər verir ki, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabından verdiyi açıqlamada: "MTP makroiqtisadi və maliyyə sabitliyini təmin etməyi, əhatəli və davamlı inkişafı təşviq etməyi və zəlzələ sonrası yenidənqurma işlərini uğurla başa çatdırmağı hədəfləyir", - deyib.

Şimşək həmçinin Dünya Bankının ortaqlığının Türkiyənin iqtisadi inkişafı üçün göstərdiyi güclü öhdəliyi yüksək qiymətləndirdiklərini bildirib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info