Zəvvarların olduğu mikroavtobus qəza törətdi: 18 ölü

Zəvvarların olduğu mikroavtobus qəza törətdi: 18 ölü
Gündəm 02 Sentyabr 2023 17:49

Bağdadın şimalında əksəriyyəti iranlı zəvvarlar olan mikroavtobus qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

İki mikroavtobusun toqquşması nəticəsində 14-ü İran vətəndaşı olmaqla, 18 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Qeyd edilib ki, avtobus Kərbəla şəhərinə gedirmiş.