Kiyevin 700 km mənzilli yeni raketi

Kiyevin 700 km mənzilli yeni raketi
Dünya 31 Avqust 2023 16:58

Ukrayna istehsalı olan raket 700 km-də olan hədəfi uğurla məhv edib.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Strateji Sənaye Nazirliyi Ukrayna istehsalı olan uzaqmənzilli silahlardan uğurla istifadə edildiyi barədə məlumat verib. 700 kilometr uzaqlıqdakı hədəfi vurmaq mümkün olub”, - Zelenski bildirib.