Bakıda qadın metronun yaxınlığında bıçaqlandı - Video

Bakıda qadın metronun yaxınlığında bıçaqlandı - Video
HADİSƏ 29 Avqust 2023 15:39

Yasamal rayonunda, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qadın bıçaqlanıb.

Sitat.info xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Qadının tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlandığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Cinayət əməlini törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.