Putin Modi ilə kosmik əməkdaşlığı müzakirə etdi

Putin Modi ilə kosmik əməkdaşlığı müzakirə etdi
Dünya 28 Avqust 2023 19:47

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıq zamanı ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası vurğulanıb. Energetika sahəsində irimiqyaslı layihələrin ardıcıl həyata keçirilməsinə, beynəlxalq nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi istiqamətində birgə işlərin görülməsinə qarşılıqlı münasibət bildirilib.

Həmçinin, kosmik sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair razılığa gəlinib.