Vaqnerçilər heç yerə qaçmayacaq - Lukaşenko

Vaqnerçilər heç yerə qaçmayacaq - Lukaşenko
Dünya 25 Avqust 2023 18:55

“Vaqner” qrupunun döyüşçüləri Belarusu tərk etmirlər. Onlar ölkədə yaşamağa və işləməyə davam edəcəklər.

Sitat.info xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenkonun sözlərinə görə, bir neçə gün ərzində onların 10 min nəfərə qədəri burada olacaq:

“İndi onları burada saxlamağa ehtiyac yoxdur. Çünki onlar heç yerə qaçmırlar. Nə qədər ki, bu bölməyə ehtiyacımız var, onlar bizimlə yaşayıb işləyəcəklər”.