Çerniqovda 2 azərbaycanlı həlak olub

Çerniqovda 2 azərbaycanlı həlak olub
HADİSƏ 30 Mart 2022 11:24

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.

Report xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.

Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.