Sumqayıtda idman müəllimi həbs edildi - Səbəb

Sumqayıtda idman müəllimi həbs edildi - Səbəb
HADİSƏ 22 Avqust 2023 12:00

Ötən gün Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

Sitat.info xəbər verir ki, məşqçi yeniyetmə qıza seksual xarakterli əmələ görə cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.