Bu ölkələrin diplomatları Türkiyə XİN-ə çağırıldı

Bu ölkələrin diplomatları Türkiyə XİN-ə çağırıldı
Dünya 21 Avqust 2023 19:15

Danimarka və Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və onlara Quranın təhqiri ilə bağlı etiraz notası edilib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələri məlumat yayıb.

“Diplomatlara bu çirkin hərəkətlərin davam etməsindən narahatlıq bildirilib və qətiyyətlə pislənilib”, - məlumatda deyilir.