Rusiyaya belə demokratiya lazım deyil - Pamfilova

Rusiyaya belə demokratiya lazım deyil - Pamfilova
Dünya 18 Avqust 2023 19:09

Rusiyaya Qərb anlayışında olan demokratiya lazım deyil.

Sitat.info xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

Pamfilova bildirib ki, demokratiya sadəcə seçkilər vasitəsilə hakimiyyətin formalaşdırılması üsuludur:

“Bəs Qərbin anlayışında necə? Hazırda Qərbdə nə baş verir? Bu demokratiya çoxluğun yox, azlığın hakimiyyətidir. Rusiya Federasiyasının isə belə bir demokratiyaya ehtiyacı yoxdur”.