Şamaxıda dağlıq ərazi yanır

Şamaxıda dağlıq ərazi yanır
HADİSƏ 17 Avqust 2023 15:47

Şamaxıda dağlıq ərazi yanır.

Sitat.info xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.