Hövsanda dənizə yaxın açıq ərazi yanır

Hövsanda dənizə yaxın açıq ərazi yanır
HADİSƏ 14 Avqust 2023 16:32

Paytaxtın Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazi yanır.

Sitat.info xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.