İsraildən Livan Hizbullahına təhdid: Livanı daş dövrünə qaytararıq
İsrailin müdafiə naziri Yoav Gallant Livan Hizbullahı ilə İsrail arasında müharibənin Livanın “daş dövrünə” qayıtması ilə nəticələnəcəyini bildirib.
Sitat.info xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant İsrail-Livan sərhədində İranın dəstəklədiyi Livan Hizbullahı ilə həftələrdir davam edən qarşıdurmalardan sonra dünən yayımladığı videomüraciətdə açıqlama verib.
Gallant Livan Hizbullahının baş katibi Həsən Nəsrullaha ünvanladığı mesajda deyib: “Səhv etməyin. Biz müharibə istəmirik. “Lakin mülki vətəndaşlarımızı, əsgərlərimizi və suverenliyimizi qorumağa hazırıq", - deyib.
Livan Hizbullahının keçmişdə səhvlər etdiyini və bunun bədəlini ağır ödədiyini ifadə edən Gallant deyib: "Burada bir gərginlik və ya qarşıdurma olarsa, Livanı Daş Dövrünə qaytaracağıq"
Livan Hizbullahı Qallantın təhdidinə hələ cavab verməyib.
Seymur Bənnayev
Sitat.info