Rusiyanın Afrikaya vəd etdiyi taxıl bəs etməyəcək - Blinken

Rusiyanın Afrikaya vəd etdiyi taxıl bəs etməyəcək - Blinken
Dünya 08 Avqust 2023 12:33

Taxıl dəhlizinin bağlanması fonunda Rusiyanın altı Afrika ölkəsinə vəd etdiyi pulsuz taxıl kifayət etməyəcək.

Sitat.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken qeyd edib ki, taxıl dəhlizinin fəaliyyəti zamanı 20 milyon ton taxıl ixrac edilib və Rusiyanın hazırkı təklifi yalnız 50 min tondur:

“Rusiyanın vəd etdiyi dəryada bir damladır. Bu, problemi həll etmir, taxılın bahalaşmasının qarşısını almayacaq”.