ABŞ Ukraynaya “Patriot” raketləri göndərir

ABŞ Ukraynaya “Patriot” raketləri göndərir
Dünya 08 Avqust 2023 12:10

Bu gün ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb.

Hərbi yardım paketinə “Patriot” sistemləri üçün raketlər, GMLRS idarəolunan raketləri, minaların təmizlənməsi əleyhinə avadanlıqlar, tank əleyhinə silahlar və sursatlar daxil ediləcək.