Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi
HADİSƏ 07 Avqust 2023 13:30

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Sitat.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib.

Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.