Braziliyada qanlı basqın! 43 nəfər həyatını itirdi
Braziliyada polis qüvvələri ilə narkotik dəstələri arasında toqquşma baş verib. Baş verən zorakılıqda 43 nəfərin öldüyü müəyyən edilib.
Sitat.info xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro, San-Paulu və Bahia ştatlarında polisin narkotik qruplarına qarşı keçirdiyi reydlər nəticəsində 43 nəfər ölüb.
BBC-nin xəbərinə görə, Braziliya polisi Rio-de-Janeyro şəhərində narkotik qruplarına qarşı təşkil etdikləri əməliyyatda çıxan qarşıdurmada 10 nəfərin öldüyünü açıqlayıb.
San-Paulu əyalətində 5 gündür həyata keçirilən "Qalxan Əməliyyatı"nda aralarında polis olmaqla 14 nəfər həyatını itirərkən, ölkənin şimal-şərqindəki Bahia əyalətində 19 şübhəli zərərsizləşdirilib.
Aytəkin
Sitat.info