Pakistanın dialoq çağırışına Hindistanın cavabı

Pakistanın dialoq çağırışına Hindistanın cavabı
Dünya 03 Avqust 2023 20:06

Pakistanın baş naziri Şabaz Şərifin dialoq çağırışından sonra Hindistan "bütün qonşularla, o cümlədən Pakistanla normal münasibətlər arzuladığını" bildirib.

Sitat.info xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bagchi, Şərifin açıqlamaları ilə əlaqədar olaraq deyib: "Hindistanın bu mövzuda aydın və ardıcıl mövqeyi bəllidir. Pakistan da daxil olmaqla, bütün qonşularımızla normal münasibətlər arzulayırıq".

Bagchi, münasibətlərin normallaşması üçün "terror və düşmənçilikdən azad bir mühitin vacib olduğunu" vurğulayıb.

Seymur Bənnayev

Sitat.info