Başçının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirdi

Başçının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirdi
HADİSƏ 26 İyul 2023 19:25

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, bu barədə Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

Hadisə onun yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb.