Polşa daha bir batalyon yaradacaq

Polşa daha bir batalyon yaradacaq
Dünya 24 İyul 2023 10:45

Polşada yeni istehkamçı batalyonu yaradılacaq.

Sitat.info xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.

Blaşçak bildirib ki, onun ölkənin şimal-şərqində, Avqustov şəhərində Suvalki dəhlizində yerləşdirilməsi planlaşdırılır:

“Yaxınlarda Avqustovda istehkamçı batalyonu yaradılacaq. Bu, bizim sıfırdan tikdiyimiz daha bir hərbi hissədir və sizi əmin edirəm, sonuncu olmayacaq”.