Dnepr şəhəri raket atəşinə tutulub

Dnepr şəhəri raket atəşinə tutulub
HADİSƏ 25 Mart 2022 15:15

Martın 25-ə keçən gecə Ukraynanın Dnepr şəhəri yaxınlığında hərbi hissə raket atəşinə tutulub.

SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayəti Administrasiyasının rəhbəri Valentina Rezniçenko məlumat verib.

"Dnepr kənarında yerləşən hərbi hissəyə iki raket zərbəsi endirilib", - deyə Rezniçenko əlavə edib.

Hərbi hissədə xilasedicilər işləyir.