Gəncədə 14 yaşlı oğlan itkin düşüb

Gəncədə 14 yaşlı oğlan itkin düşüb
HADİSƏ 14 İyul 2023 09:23

Gəncədə 14 yaşlı oğlan itkin düşüb.

Sitat.info xəbər verir ki, hadisə iyulun 11-də Gəncə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, ruhi xəstə olan Məmmədov Fətəlixan Saleh oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.