Ukrayna bu ərazidə əsas yüksəkliklərə nəzarəti təmin etdi
Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı əsas yüksəkliklərə nəzarəti təmin edib.
Sitat.info xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqramda yazıb.
O bildirib ki, Ukrayna ordusu Baxmutda uğurla irəliləyir.
Qeyd edək ki, təxminən 9 aydır şəhərdə gərgin döyüşlər gedir.