Rusiyada ABŞ bayrağı ilə gəzən qıza hücum etdilər - Video

Rusiyada ABŞ bayrağı ilə gəzən qıza hücum etdilər - Video
Dünya 09 İyul 2023 23:46

Rusiyanın Nijni-Novqorod şəhərində bir qrup özünü vətənpərvər adlandıran gənc ABŞ bayrağı gəzdirən qıza hücum edib.

Sitat.info xəbər verir ki, onlar bayrağı qızın əlindən alaraq yandırıblar.

Lakin qız alovu söndürərək bayrağı götürsə də, yenidən “vətənpərvər”lərdən biri bayrağı onun əlindən alıb və zibil qutusuna atıb.

Həmçinin qruplaşma qızı ABŞ bayrağı ilə gəzdiyinə görə barmaqlarını qıracaqları ilə hədələyib.