"Titan"ın mənsub olduğu şirkət fəaliyyətini dayandırdı

\"Titan\"ın mənsub olduğu şirkət fəaliyyətini dayandırdı
Dünya 06 İyul 2023 23:26

Titanik gəmisinin batdığı əraziyə təşkil edilən tur zamanı partlayaraq 5 nəfərin ölümünə səbəb olan “Titan” sualtı qayığının mənsub olduğu “OceanGate Expeditions” şirkəti fəaliyyətini dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Bildirilib ki, bütün səyahət və ticari məqsədlər üçün edilən səfərlər dayandırılıb.