Bakıda avtobus işıq dirəyinə çırpıldı - Foto

Bakıda avtobus işıq dirəyinə çırpıldı - Foto
HADİSƏ 06 İyul 2023 19:27

Bakıda sərnişin avtobusu qəza törədib.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, hadisə metronun “İçərişəhər” stansiyası yaxınlığında qeydə alınıb. 31 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus işıq dirəyinə çırpılıb. Dirək dayanacaqda gözləyənlərin üzərinə aşıb.