BMT: İsrailin Cənin hücumunun mülki əhaliyə təsiri narahatedicidir

BMT: İsrailin Cənin hücumunun mülki əhaliyə təsiri narahatedicidir
Dünya 05 İyul 2023 23:22

Birləşmiş Millətlər Təşkilatı İsrailin İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumunun mülki əhaliyə təsirini narahatedici adlandırıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) bir qrupun Cəninə getdiyini və Cənin Qaçqınlar Düşərgəsindəki humanitar yardım ehtiyaclarını müəyyən etmək üçün tərəfdaşlarla birlikdə çalışdıqlarını ifadə edən Haq, elektrik və su infrastrukturunun təmiri və sığınacaqların təmin edilməsinin böyük əhəmiyyət daşıyacağını söyləyib.

Seymur Bənnayev

Sitat.info