Bakının mərkəzindəki restoranda güclü yanğın - Video

Bakının mərkəzindəki restoranda güclü yanğın - Video
HADİSƏ 05 İyul 2023 09:11

Fövqəladə Hallar Nazirliyi Bakının Nəsimi rayonunda yerləşən restoranda baş verən güclü yanğınla bağlı məlumat yayıb.

Sitat.info xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.