Bu istiqamətdə şiddətli döyüşlər gedir

Bu istiqamətdə şiddətli döyüşlər gedir
Dünya 01 İyul 2023 15:25

Ukrayna Silahlı Qüvvələri Zaporojye cəbhəsinin Orexovski istiqamətində hücum əməliyyatları həyata keçirir.

Sitat.info xəbər verir ki, bu barədə Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqov məlumat yayıb.

“Zaporojye cəbhəsinin Orexovski istiqamətində Ukrayna artilleriyası aktiv işləyir. Onlar yenidən Rabotino bölgəsində hücuma başlayıb. Rus əsgərləri isə fəal müdafiəni davam etdirirlər. Artilleriya ilə yanaşı, minaatanlar da işləyir və yüksək intensivli döyüş gedir”, - Roqov bildirib.