Separatçılar Qarabağda yeni təxribata hazırlaşır - Video

Separatçılar Qarabağda yeni təxribata hazırlaşır - Video
Gündəm 28 İyun 2023 14:58

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı məsuliyyət zonasında yerləşən erməni separatçıları Ordumuza qarşı yeni təxribata hazırlaşır.

Sitat.info xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutmuş, nəticədə hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanmışdı. Ordumuzun gördüyü tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü məhv edilmişdi.