Priqojin üsyanı: 3 mümkün ssenari – Markov

Priqojin üsyanı: 3 mümkün ssenari – Markov
Dünya 24 İyun 2023 19:05

Rusiyada baş verən silahlı üsyan bir neçə istiqamətdə inkişaf edə bilər. Birincisi, Priqojin Moskva istiqamətinə hərəkət edəcək. Bu zaman döyüş olacaq. Aviasiya zərbələri gözlənilir. İkincisi, Priqojin Rostovda qalacaq. Bu peşəkar şəhər döyüşlərini bilən 20 min əsgərin böyük bir ərazidə qalması deməkdir. Bu zaman uzun danışıqlar başlayacaq.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Markov 3-cü ssenarini belə proqnozlaşdırıb:

“Priqojin “Vaqner” döyüşçülərinin dəstəyini itirə bilər. Bu halda isə hər şey bir neçə günə öz həllini tapacaq”.