Bakıda 38 yaşlı qadını avtomobil vurub

Bakıda 38 yaşlı qadını avtomobil vurub
HADİSƏ 23 Mart 2022 11:00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şamiyeva Aynurə Əsədulah qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.