BMT-dən hesabat: Humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb

BMT-dən hesabat: Humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb
Dünya 21 İyun 2023 22:36

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş dünyada humanitar yardıma ehtiyacı olan insanların sayının 360 milyona çatdığını açıqlayıb. 

Sitat.info xəbər verir ki, Quterreş bu barədə BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən sessiyada çıxışı zamanı məlumat verib. 

Qeyd edək ki, bu göstərici ötən illə müqayisədə 30 faiz artıb.

Seymur Bənnayev

Sitat.info