Ərdoğan toplantı keçirdi, AKP-də təyinatlar oldu

Ərdoğan toplantı keçirdi, AKP-də təyinatlar oldu
Dünya 19 İyun 2023 19:57

AKP sədr müavini və sədr köməkçiləri vəzifələrinə təyinatlar baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən partiyanın toplantısında qərar qəbul olunub.

Partiyanın sədr müavini vəzifəsinə Əfqan Ala təyin olunub.

Xarici Əlaqələr üzrə vitse-prezident vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə vitse-prezident vəzifəsinə isə Məhmət Əli Zəngin təyin edilib.