Trass: “Rusiyalı iş adamlarına qarşı sanksiyalar ləğv edilməyəcək”

Trass: “Rusiyalı iş adamlarına qarşı sanksiyalar ləğv edilməyəcək”
SİYASƏT 19 Mart 2022 22:35

Britaniyanın xarici işlər naziri Liz Trass rusiyalı iş adamlarına qarşı tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini bildirib.

“Bu, son dərəcə çətindir (sanksiyaların ləğvini təsəvvür etmək - red.). Bu oliqarxlar Rusiya prezidenti Vladimir Putinə öz işini görməyə imkan veriblər”, - deyə Trass “Times” qəzetinə müsahibəsində bildirib.

O, həmçinin Londonun “Çelsi” futbol klubunun sahibi olan rusiyalı iş adamı Roman Abramoviçin heç vaxt Böyük Britaniyaya qayıda bilməyəcəyini də vurğulayıb.