İsrail Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görür
İsrailin Misir sərhədindəki münaqişədən sonra sərhəd xəttinə yaxınlaşmasının qarşısını almaq da daxil olmaqla yeni tədbirlər görəcəyi açıqlanıb.
Sitat.info xəbər verir ki, İsrail ordusunun radiosundan verilən açıqlamada, 3 iyunda Misir sərhədində baş verən qarşıdurmadan sonra İsrail qüvvələrinin Misir əsgərlərinin qeyri-adi hərəkətlərinə qarşı ayıq-sayıq olmaları istənilib.
Bəyanatda “Misir əsgərlərinə artıq etibar edilə bilməz” və sərhəddə hər hansı qeyri-adi vəziyyətin “hücum” kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edilib.
Belə bir halda İsrail əsgərlərinin atəş açmağa hazırlaşacağı və Misir əsgərlərinin sərhədə yaxınlaşmasının qarşısı alınacağı bildirilib.
Seymur Bənnayev
Sitat.info