SON DƏQİQƏ! Rusiya təhlükəli silahını işə saldı: Ukrayna vuruldu

SON DƏQİQƏ! Rusiya təhlükəli silahını işə saldı: Ukrayna vuruldu
HADİSƏ 19 Mart 2022 19:53

Rusiya ordusu ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edərək Ukrayna silah anbarını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.

“Martın 18-də “Kinjal” aviasiya-raket sistemi İvano-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsindəki Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının olduğu böyük yeraltı anbarını dağıdıb”, - deyə Konaşenkov bildirib.