Niderlandda güclü yanğın baş verdi

Niderlandda güclü yanğın baş verdi
Dünya 10 İyun 2023 15:19

Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın olub.

Sitat.info xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib.

Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.