Şəmkirdə 17 yaşlı qız özünü asdı

Şəmkirdə 17 yaşlı qız özünü asdı
HADİSƏ 19 Mart 2022 15:43

Şəmkir rayonunda yeniyetmə qız intihar edib.

Musavat.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Martın 18-də 2005-ci il təvəllüdlü A.H. yaşadığı evin həyətində özünü asaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.