Ukraynada su elektrik stansiyalarının iş rejimi dəyişdirildi

Ukraynada su elektrik stansiyalarının iş rejimi dəyişdirildi
Dünya 07 İyun 2023 19:42

Ukraynada ruslar tərəfindən Kaxovskaya SES-in bəndinin dağıdılması ilə əlaqədar su elektrik stansiyalarının iş rejimi dəyişdirilib.

Sitat.info xəbər verir ki, bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu, Kaxovka su anbarına daxil olan suyun həcmini azaltmaqla daşqınların miqyasını azaltmaq məqsədilə edilib.

“Ukrenerqo” istehlakçılardan gün ərzində elektrik enerjisindən istifadəni bölüşdürmələrini və güclü məişət cihazlarından istifadəni axşamdan günün digər vaxtlarına keçirmələrini xahiş edir.