İran 7 ildən sonra Səudiyyə Ərəbistanında səfirliyini açdı

İran 7 ildən sonra Səudiyyə Ərəbistanında səfirliyini açdı
Dünya 07 İyun 2023 15:21

İran 7 illik fasilədən sonra Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açdı.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, mart ayından bu yana münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlardan sonra, İranın Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı səfirliyi rəsmən açıldı. 

Hər iki ölkədən çox sayda diplomatların və rəsmilərin qatıldığı açılışda İranın XİN başçısının köməkçisi Ali Rza Bikdeli İran-Səudiyyə münasibətlərində tarixi bir günə şahidlik etdiklərini dilə gətirdi.

Qeyd edək ki, iki ölkə arasında 2016-cı ildən bəri ilk təmaslar Çinin vasitəçiliyi ilə qurulub.

Nərgiz, 

Sitat.info