Aİ işçilərə: "Kritik işlərdə süni intellektdən istifadə etməyin"

Aİ işçilərə: \"Kritik işlərdə süni intellektdən istifadə etməyin\"
Dünya 31 May 2023 20:34

Avropa İttifaqı Komissiyası işçilərindən kritik işlərdə "ChatGPT" kimi süni intellekt chatbotlarından istifadə etməməyi xahiş edib.

Sitat.info xəbər verir ki, "Politico* internet saytının xəbərinə görə, Avropa İttifaqı (Aİ) Komissiyası son vaxtlar istifadə sahəsi geniş yayılan söhbət robotu "ChatGPT" və "Bard" kimi müxtəlif süni intellekt texnologiyalarının istifadəsini məhdudlaşdıran yeni qaydalar hazırlayıb.

Yeni qaydalar işçilərə onlayn süni intellekt alətlərinin riskləri, məhdudiyyətləri və onlardan Komissiyanın iş fəaliyyətlərində təhlükəsiz istifadəsi ilə bağlı kömək etmək üçün nəzərdə tutulub.

Seymur Bənnayev

Sitat.info