Kanadada meşə yanğını: Fövqəladə vəziyyət elan edilib

Kanadada meşə yanğını: Fövqəladə vəziyyət elan edilib
Dünya 30 May 2023 10:00

Kanadanın Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.

Sitat.info xəbər verir ki, Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı Halifax meşə yanğını ilə mübarizə aparır.

Sakinlərin təxliyyə edilməsinə və elektrik enerjisinin kəsilməsinə səbəb olan meşə yanğını səbəbindən şəhərdə bir həftəlik fövqəladə vəziyyət elan edilib.

Alovların yaşayış məntəqələrinə çatdığı açıqlanıb. 

Seymur Bənnayev

Sitat.info