Taksi sürücüsü sərnişini maşından itələdi: telefonunu taladı

Taksi sürücüsü sərnişini maşından itələdi: telefonunu taladı
HADİSƏ 29 May 2023 18:13

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.

Sitat.info xəbər verir ki, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.