Kiyevdə yaşayış binasına zərbə endirilib, ölən və yaralananlar var

Kiyevdə yaşayış binasına zərbə endirilib, ölən və yaralananlar var
HADİSƏ 18 Mart 2022 12:15

Ukraynanın paytaxtı Kiyevdə beşmərtəbəli yaşayış binasına zərbə endirilib.

APA Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası məlumat yayıb.

Şəhər üzərində vurulan raketin qalıqlarının şəhərin Podolsk rayonunda yaşayış binasına düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, 12 nəfər xilas edilib.

Ümumilikdə, binadan 98 nəfər təxliyə olunub.